Türk ordusu Münbiçi üç tərəfdən mühasirəyə aldı

Baxış sayı:
12247

Türk Silahlı Qüvvələri (TSQ) Fəratın şərqinə keçiriləcək əməliyyat ərəfəsində Münbiçi, Cerablus və El Bab arasındakı təxminən 110 kilometrlik xətt boyunca üç istiqamətdən mühasirəyə alıb.
 
İlk olaraq Münbiçi Əl Baba bağlı Bizaa yaxınlığındakı Qəbir Əl Mukri tərəfdən mühasirəyə alan Türk ordusu və Azad Suriya Ordusu (ASO) Sukkariyah Şaghirah kəndindən Cerablusa uzanan cəbhə xəttinə yerləşib. Əməliyyatın Münbiçdə buradan başladığı təqdirdə 10 minə yaxın ASO döyüşçüsü döyüşə qoşulacaq. Terror təşkilatı PKK/YPG işğalındakı Münbiçin cənub qərbindəki Arimada 2017-dən bəri Əsəd rejimi ilə birlikdə Rus ordusu da var. Arimada başlayan və şəhərin şimalındakı Dadata qədər uzanan cəbhə xəttində isə ABŞ əsgərləri davamlı patrul-keşik çəkir. ABŞ-ın Dadat kəndi yaxınlığındakı hərbi bazası Cerablus ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Saçır çayına 4 kilometr uzaqlıqdadır.
ABŞ-ın Münbiçdə “Fərat Qalxanı” regionu ilə sərhəd xəttində Tuhar, Hilvanci və Dadat olmaqla, 3 müşahidə nöqtəsi var. Cəbhə xəttindəki patrul-keşik xidmətində zaman zaman Fransız əsgərləri də onları müşayiət edir. ABŞ prezidenti Donald Tramp Suriyanın şimalındakı əsgərlərin təqvimə görə çəkiləcəyini açıqlamışdı. Ancaq bölgədə 2 minə yaxın ABŞ əsgəri var. ABŞ-ın Münbiçdən başlayaraq Malikiyəyə qədər 20-yə yaxın bazası olduğu güman edilir. ABŞ ordusunun Suriyadan çəkilmə hazırlığı etdiyi dövrdə terror təşkilatı YPG/PKK-ya dəstəyini davam etdirəcəyini bildirən Fransa, əksər hərbi mövqelərdə ABŞ imkanlarından istifadə edir. Suriyadakı Fransız əsgərlərinin sayı isə 200 nəfər təşkil edir. Rusiya isə bölgədəki varlığını hər keçən gün artırır. Suriyanın şimal-qərbindəki Lazkiyədə olan Himeymim Hava Bazasında 2 min Rus personalla yanaşı, 32 təyyarə, 16 vertolyot, 9 tank, 2 qurudan havaya atılan raket əleyhinə müdafiə sistemi var.
Müxalifət.az