TÜRK ORDUSU MÖHTƏŞƏM ƏMƏLİYYATA HAZIRLAŞIR - Qoşun Suriya sərhədinə toplandı

Baxış sayı:
7471

Türkiyə Suriya ilə sərhəddə yerləşən Akçakale rayonuna əlavə qoşun və hərbi texnikalar cəlb edir. Türkiyə mediası xəbər verir ki, ordu hissələrinin cəlb edilməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlama ilə əlaqədardır. Belə ki, dövlət başçısı Suriyanın şimalında əməliyyat keçirmək qərarının "bu gün ya da sabah" veriləcəyi ilə bağlı çıxış edib. Ərdoğan qeyd edib ki, əməliyyatın məqsədi sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaqdır.