​Türk ordusu İraqın şimalını vurdu – ƏMƏLİYYAT

Türk qırıcılarının İraqın şimalındakı Zap, Hakurk və Qəndil bölgələrinə təşkil etdiyi hava əməliyyatları nəticəsində PKK terror qruplaşmasına məxsus döyüş mövqeləri, sığınacaq və sursat anbarları məhv edilib.
Muxalifət.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, terror qruplaşmasına məxsus mövqelərə zərbələr endirən qırıcı təyyarələr qarşıya qoyulan tapşırığı uğurla icra edərək hərbi bazaya geri dönüblər.