Türk ordusu İraqda itkilər verdi: 2 şəhid, 3 yaralı

Şimali İraqın Zap bölgəsində 2 Türkiyə əsgəri şəhid olub, 3-ü yaralanıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
TSQ-nın yaydığı məlumatda qeyd edilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı qarşıdurma yaşanıb. Əməliyyat nəticəsində də itkilərimiz olub.