Türk ordusu hərəkətə keçdi! - PKK-nın İRAQ QAPISI BAĞLANDI

Baxış sayı:
7240

Türk Silahlı Qüvvələri İraqdan terrorçu sızmalarının qarşısını almaq üçün düyməyə basıb. Sərhəddən İraq tərəfinə keçən Türk ordusu, regiona gözətçi məntəqələr yaratmağa başlayıb.
 
Afrin və əl-Bab hərəkatları ilə terror təşkilatını Suriya sərhəddinin xaricində dayandıran Türk Silahlı Qüvvələri (TSQ), illərdir İraq sərhədindən Türkiyəyə daxil olaraq qan tökən PKK-lı terrorçuları dayandırmaq üçün də hərəkətə keçib.
 
GÖZƏTÇİ MƏNTƏQƏLƏRİ YARADILIR
 
İraq sərhədindən bu günə qədər ən çox terrorçu sızmasının həyata keçirildiyi regionlarda gözətçi məntəqələri qurulmağa başlayıb. Xüsusilə İraq Kürdüstan Regional Rəhbərliyinin paytaxtı Ərbilə bağlı Sidekan nahiyəsindəki dağ zirvələrinə Türk əsgərinin yerləşdirildiyi bildirilib. Bu iddia Bərzani rəhbərliyinin rəsmi nəşr orqanı kimi qəbul edilən “Rudaw” qəzetində xəbər verilib. “Rudaw” qəzeti, "Türk əsgəri Suriyadan sonra İraqın da içərilərinə doğru 20 km irəliləyib. Əməliyyatlar çox yaxında başlayacaq” iddiası ilə verdiyi xəbərdə, TSQ-nin Sidekandaki dağ zirvələrinə səkkiz vertolyotla çoxsaylı Türk hərbçilərini endirdiyini irəli sürüb. Bu əsgərlərlə birlikdə ağır silahların da bölgəyə yerləşdirildiyi bildirilib.
 
İHA VƏ SİHA-lar DÖVRƏDƏDİR
 
Bu arada daxili işlər naziri Süleyman Soylu da son dövrdə aparılan terrorla mübarizə əməliyyatları məsələsində pilotsuz İHA və SİHA-ların dövrəyə girməsi ilə birlikdə daha yaxşı nəticələr alındığını bildirib: “Son dövrdə aparılan əməliyyatlarla terrordan axtarılanlar siyahısındakı 11 nəfər zərərsizləşdirilib. Bunlardan ikisi qırmızı siyahıda olanlardır" deyib.

Müxalifət.az