​Türk ordusu Göbələyi azad etdi

Baxış sayı:
5044

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində növbəti birgə əməliyyatları nəticəsində Göbələk və Kureybe kəndləri terrorçulardan azad edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Zeytun budağı” əməliyyatının başladılmasından bəri müttəfiq qüvvələr 114 kənd və 30 strateji nöqtə olmaqla birgə 144 məntəqəni işğaldan azad edib.