​TÜRK ORDUSU FƏRATIN QƏRBİNƏ YÖN ALIR - “Barış Pınarı” əməliyyatı Menbiçdə davam etdiriləcək

Baxış sayı:
6049

Tel-Abyad ve Resulaynın nəzarət altına alınmasından sonra Türkiyə xüsusi təyinatlılarının bəzi hissələri və bir çox komando birlikləri Fəratın qərbindəki Menbiçə göndərilib.

Muxalifet.az yerli mediaya istinadən xəbər verir ki, Suriya Milli Ordusu da Hələbin Əl-Bab şəhərindən zirehli texnikanın müşayiəti ilə Menbiçə istiqamət götürüb. Rejim güclərinin de Menbiç  ərazisində olduğuna dair bilgilər gəldi.
Türkiyə Müdafiə Nazirliyinin (TSK) başlatdığı “Barış Pınarı” harəkatının 6-cı günündə əməliyyatın Fəratın qərbinə doğru yönələcəyi bildirilir. Fəratın qərbindəki bu hərəkətlilik Ərdoğanın öncəki gün əməliyyatın Ayn əl-Ərəb (Kobani) və Hasekeni də əhatə edəcəyi açıqlamasından sonra dəqiqləşdi. Ayn əl-Ərəb, Münbiç və Hasekedə nəzarəti əlində saxlayan PYD/YPG-nin rejim güclərini buralara çağırdığı və Əsədlə razılaşma əldə etdiyi iddia olunur. Ana onurğasını PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri başçılarından ‘Mazlum Kobani’ kod adlı Şahin Cilo Əsəd rejimi və müttəfiqi Rusiya ilə anlaşdıqlarını irəli sürüb.
Terror təşkilatından bu açıqlamalar gələrkən, SMO (Suriya Milli Ordusu) və Türk Silahlı Qüvvətləri (TSK) birlikləri Cerablusun məskun bölgəsindən tank, kirpiler və digər zirehli texnika ilə irəliyə doğru istiqamət götürərək, Menbiçə doğru yola çıxıb.
Rabitə Nazirliyinin bölgədəki fəallaşma ilə bağlı açıqlamasında PKK/YPG-nin Menbiç və Ayn əl-Ərəb kimi yerlərdə Suriya rejimi ilə razılaşma əldə edə biləcəyi haqda məlumatların yayıldığı bildirilir. O da iddia olunur ki, Əsədə tabe hökumət güclərinin də Menbiç düzündə olduğuna dair bilgilər var.
 
Muxalifet.az