​Türk ordusu daha 4 kənd aldı: CƏMİ 3 KƏND QALDI

Baxış sayı:
5809

Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 4 kəndi terrorçulardan azad edib.
Axar.az xəbər verir ki, Celeme, Hapol, Berlane Kuy və Kiçik Karkin kəndləri terrorçulardan tamamilə təmizlənib.
Məlumata görə, bu uğur nəticəsində türk ordusunun mövqeləri ilə Afrin arasındakı ərazidə sadəcə 3 kənd qalıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başladılıb.