Türk ordusu bu bölgəyə girir, növbədə İran var – Yeni ƏMƏLİYYAT

Baxış sayı:
1902

“Türk ordusunun növbəti hədəfi Mahmur və Sincar bölgəsidir”.

Bu barədə Türkiyə ordusunun ehtiyatda olan generalı İhsan Başbozkurt deyib.

Onun sözlərinə görə, PKK terror təşkilatı İraqın şimalında Sincar və Mahmur bölgəsini “təhlükəsiz ərazi” kimi istifadə edir: “Terror təşkilatının Suriyaya keçidini də nəzarət altına almağımız üçün bu bölgələrin təmizlənməsi lazımdır. Türkiyənin Haftani bölgəsindəki fəaliyyətini bu bölgələrə keçirmək gücü var, lakin bu məsələ beynəlxalq təşkilatlar üzərindən həll olunmalıdır. BMT ilə danışıqlar aparılmalı və Mahmur düşərgəsi boşaldılmalıdır. Sincar bölgəsində PKK-nın təlim və lojistik düşərgələri İraq hökuməti tərəfindən yox edilməlidir”.

General qeyd edib ki, İran PJAK-ı (PKK-nın İran qanadı) məhv etməsə, növbə ora da çatacaq.

“Türkiyə terrorla mübarizədə İranı yanında görmək istəyir. İraqın şimalından qaçan terrorçuların bir qismi İrana keçir. Terror təşkilatının “rəhbər heyətinin” İran tərəfində olduğunu bilirik. İran bölgədə Türkiyənin özü üçün nə qədər əhəmiyyətli olduğunu unutmamalıdır. İran terrorçularla əməkdaşlıq etməsə və onlara qarşı mübarizə aparsa, Türkiyə bu ölkəni beynəlxalq arenada müdafiə edəcək. Lakin İranın ikili oynadığını görürük. PJAK-a qarşı hələ də heç bir addım atmayıb. Terrorçular oradan zaman-zaman Şərqi Bəyazit və İğdır bölgəsinə keçirlər. İran bunu bilməlidir ki, Türkiyə ilə sülh, mehriban qonşuluq içində yaşaması üçün hər iki dövlətin başının bəlası olan terroru yox etmək lazımdır. Bunun üçün Türkiyə ilə birlikdə hərəkət etməlidir. Türkiyə öz gücünə həm daxildə, həm də xaricdə terroru məhv etməkdə israrlıdır. Lazım olarsa, bu əməliyyatları İran torpağında da keçirə biləcək gücdədir. İran bunu unutmamalıdır”, - Başbozkurt bildirib./publika.az