Türk ordusu Afrində əməliyyata başladı

Baxış sayı:
1489

Afrindəki təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) dəstəyi ilə Azad Suriya Ordusu (ASO), Afrində xalqa zülm edən, oğurluq, qəsb və cinayət fəaliyyətləri həyata keçirən təxminən 300 nəfərlik Abu Havlə cinayət şəbəkəsinə qarşı əməliyyata başlayıb.
 
Türkiyənin regionda təmin etməyə çalışdığı sabitliyi pozmağı hədəfləyən bəzi region ölkələri tərəfindən dəstəkləndiyi məlum olan Şuheda Şakiyə qrupunun lideri Abu Havlə kod adlı Əbdürrəhman Əl Hüseyn və cinayətkar dəstəsinə qarşı hərəkətə keçilib.
ASO qrupları tərəfindən aparılan əməliyyat, şəbəkə nümayəndələrinin şəhər içərisindəki qərargah binasında və ətrafında vətəndaşları canlı qalxan olaraq istifadə etməsi səbəbindən ləng aparılır.
Terror təşkilatı Heyət Tahriruş Şam (HTŞ) təşkilatı ilə də əlaqəsi olan dəstə, Afrin şəhər mərkəzində iki nöqtədə sıxışdırılıb. Mülki əhalinin təxliyə işləri aparılır.
Müxalifət.az