​TÜRK ORDUSU ABŞ XÜSUSİ TƏYİNATLILARI İLƏ ÜZ-ÜZƏ! - Qərb mediası türk əsgərlərin Suriyada amerikalılara atəş açdığını bildirir...

Baxış sayı:
12237

ABŞ xüsusi təyinatlıları Suriyanın şimalında keçirilən əməliyyat sırasında türk hərbçilərinin atəşi altına düşüb.

Muxalifet.az “newsweek” nəşrinə istinadən xəbər verir ki, amerikan hərbçilər cavab atəşi açmaq istəsələr də, sonradam fikirlərindən daşınıblar.
Pentaqon rəsmisi kapitan Bruk Devald bəyan edib ki, hərbçilər arasında zərər çəkən yoxdur və ABŞ hərbçiləri Kobanidəki mövqelərini tərk etməyiblər.
 
Türkiyə Müdafiə Nazirliyi Amerika bazasının atəşə tutulması ilə bağlı məlumatı təkzib edib. Rəsmilər  bildirib ki, hərbçilər özünümüdafiə çərçivəsində terrorçuların mövqelərini atəşə tutublar.
“ABŞ-ın müşahidə postunu güllələmək məsələsi yoxdur. Atışmadan əvvəl Amerika bazasına zərər verməmək üçün bütün tədbirlər görülmüşdü", - deyə nazirlik açıqlama verib.
 
Muxalifet.az