​Türk ordusu 8 şəhidin qisasını aldı: 31 ölü

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında PKK terrorçuları ilə türk ordusu arasında atışma baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb.
Məlumata görə, Türkiyə ərazisinə keçmək istəyən terrorçulardan 4-ü məhv edilib. Türk ordusunun 2 əsgəri və 2 təhlükəsizlik qoruyucusu şəhid olub. Ərazidə helikopterlərin dəstəyi ilə genişmiqyaslı əməliyyata başlanılıb.
Hakkari vilayətinin Şəmdinli mahalında PKK terrorçuları ilə türk ordusu arasında baş verən atışma nəticəsində şəhid olan hərbçilərin sayı 8-ə çatıb.
Türkiyə ordusunun PKK-ya qarşı həyata keçirdiyi əməliyyat nəticəsində 22 terrorçu məhv edilib.
Terrorçuların 17-si Hakkaridə, 5-i Tuncelidə öldürülüb.
Təhlükəsizlik qüvvələrinin PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən terrorçuların sayı 31-ə çatıb.
Hakkaridə 19, Tuncelidə 9, Şırnakda isə 3 PKK-çı zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam etdirilir.