Türk ordusu 51 terrorçunu məhv etdi - ƏMƏLİYYATLAR DAVAM EDİR

Baxış sayı:
2512

Əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb
 
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Hakurk rayonunda daha 2 PKK terrorçusunu zərərsizləşdiriblər.
 
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 51-ə çatıb.
 
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.(trend.az)