TÜRK ORDUSU 15 KƏNDİ ƏLƏ KEÇİRDİ – “Dinc sakinlərin təhlükəsizliyini təmin etməyə hazırıq”

Baxış sayı:
2734

Türk ordusu ilə birlikdə döyüşən Suriya Milli Ordusunun üçüncü bölməsinin sözçüsü olan Raafat Juniad telefonla Tel Abyadın şərqindəki  hərbi  mövqedən danışaraq, qüvvələrin qəsəbəni şəhərdən tam təcrid etməyə müvəffəq olduğunu söyləyib.

Muxalifet.az xəbər verir ki, sözçü hazırda on beş kəndin Türkiyənin nəzarətində olduğunu bildirib.
"PKK terrorçuları vətəndaşlara bizim onları öldürməyə gələcəyimizi söyləyib. Ancaq dinc sakinlər mevlərinə qayıtmaq istəsələr, onların təhlükəsizliyini  təmin etməyə hazırıq", - deyə Raafat Juniad açıqlama verib.
Suriya Milli Ordusunun döyüşçüləri bu günə qədər yeddi nəfər itirib. Türkiyənin Müdafiə Nazirliyi isə cümə günü bir əsgərin şəhid olduğunu bildirib.
Ölənlərin sayı artdıqca həm ABŞ-da, həm də AB-də Türkiyəyə qarşı sanksiyalara çağırışlar da çoxalır. Hər hansı belə addım Türkiyənin onsuz da zəif olan iqtisadiyyatını xeyli zəiflədə bilər.
Ancaq Akçakalədə qalan azsaylı türklər bu ehtimalı rədd edirlər: “Sanksiyalar Türkiyəyə zərər verməyəcək. Biz böyük bir ölkəyik”.
Keçmiş məhəllə inzibatçısı 61 yaşlı Məhəmməd Türkulu dostları ilə sərhəd divarındakı hadisələri 100 metr uzaqlıqdan izlədiklərini deyir: “Nəyin bahasına olursa-olsun, özümüzü müdafiə edəcəyik. Əgər mənə silah versələr, birbaşa Suriyaya gedəcəyəm”.
 


Muxalifet.az