​Türk ölkəsində qorxulu anlar: sərnişinlər evakuasiya edildi

Baxış sayı:
475

Tatarıstanın Kazan və Yarçallı şəhərlərindəki 3 qatar stansiyası bomba xəbərdarlığından sonra boşaldılıb.
Muxalifet.az xəbər verir ki, stansiyalarda bəzi şübhəli paketlərin aşkarlanmasından sonra sərnişinlər və şəxsi heyət evakuasiya edilib. Hadisə yerinə gələn bomba üzrə mütəxəssislər axtarışlardan sonra heç bir partlayıcıya rast gəlmədiklərini açıqlayıblar.
Bundan sonra qatarların hərəkət qrafiki bərpa olunub.