Türk nümayəndə heyəti ABŞ-da! Masada hansı məsələlər var?

Baxış sayı:
12340

Türkiyə və ABŞ-dan yüksək səviyyəli nümayəndə heyətləri ABŞ-ın keçmiş xarici işlər naziri Reks Tillersonın  2018-in fevralında Ankara səfərindən sonra Suriya, konsulluq işləri və PKK ilə mübarizə məsələləri ilə əlaqəli yaradılan üç işçi qrupu çərçivəsində təmaslarını davam etdirir.
 
 Vaşinqtonda müzakirə olunacaq məsələlərin başında Münbiç razılığının başa çatdırılması gəlir.
Diplomatik mənbələrdən alınan məlumata görə, ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Ceyms Jeffreyin keçən ay Ankara ziyarətində Münbiçi tərk edəcək terror təşkilatı YPG/PKK ünsürlərinin siyahısı üzərində müzakirələr olmuşdu.
Bugünkü iclasda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ Xarici İşlər Nazirliyinin siyasi işlər müşaviri Devid Haleyin başçılığı ilə bir araya gələcək heyətlərin sözügedən siyahının tamamlanması üçün danışıqlar aparması gözlənilir.
Türkiyə Suriyanın şimalında ABŞ-ın çəkilməsi ilə bir güc boşluğu yaranmasını istəmir. Oldu-bitdi ilə qarşılaşmaq istəməyən Türkiyə, çəkilmənin ABŞ ilə koordinasiya içində keçirilməsini istəyir. Türk tərəfi bundan başqa, çəkilmə üçün təqvim görmək istəyir və iki ölkə arasındakı Münbiç anlaşmasının ABŞ əsgərləri çəkilmədən tamamlanmasını tələb edir.
Terror təşkilatı YPG/PKK-ya ABŞ-ın verdiyi silahların geri alınması sözünün yerinə yetirilməsi də Ankaranın prioritetləri arasında yerləşir. Türkiyə ABŞ-ın silah, hərbi texnika və bazalarının YPG-yə buraxılmaması lazım olduğunu vurğulayır.
 Vaşinqtondakı gündəmin mühüm bir hissəsini də "təhlükəsiz bölgə" məsələsinin yaradılması ilə bağlı olacağı bildirilir.
 İki ölkə nümayəndə heyətləri arasındakı məsələlərdən birinin də ABŞ-ın uzun mənzilli hava müdafiə sistemi “Patriot”-ların Türkiyəyə satışı olması gözlənilir.
 Terror təşkilatı FETÖ ilə mübarizə də Türk tərəfinin danışıqlarda əhəmiyyət verəcəyi bir başqa mövzu olacaq.
Müxalifət.az