Türk nazirin “10 gündür ciddi bir təhdidlə məşğuluq” fikrinin mahiyyəti bəlli oldu

Baxış sayı:
9061

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu srağagün “10 gündür Türkiyədə ciddi təhlükə ilə məşğuluq” deyə bir çox suallar yaradan fikir bildirmişdi və bu təhlükənin nədən ibarət olduğunu bəyan etməmişdi. Soylunun son açıqlaması ilə ağılları qarışdıran “təhlükə” məsələsinə aydınlıq gəlib. Soylu “İŞİD Türkiyə içərisində son 2,5-3 ildə heç olmadığı qədər hərəkətlidir. Bu baxımdan bütün təhlükəsizlik qurumlarımız son dərəcə yüksək səviyyəli hazırlıq içərisindədirlər. Amma aydın olur ki, həm ətraf coğrafiyamızda, həm də Türkiyədə İŞİD aktiv fəaliyyətə keçib” deməklə böyük təhlükənin İŞİD terror təşkilatının olduğunu ortaya qoyub.
Müxalifət.az