Türk nazirdən PKK terrorçubaşlarına çağırış

Baxış sayı:
1978

Türkiyənin daxili işlər naziri Süleyman Soylu PKK-nın Türkiyədə idarəçisinin qalmadığını söyləyib. Nazir Soylu PKK-nın terrorçubaşlarına da çağırış edib: "Mən Murad Karayılan, Cəmil Bayık'a müraciət edirəm. Gəlin və adamlarınıza sahib çıxın. Baxın, dağlarda 700 nəfər terrorçu var. Siçovullar kimi mağaralarda gizlənirlər. Gəlin və onlara nəzarət edin. Gəlin və bizim oğullarımızın sizi necə parçalacağını görün".
 
Daxili işlər naziri Süleyman Soylu xalqa müraciət edərək bunları söyləyib:
"Biz bu ölkənin birliyini pozanlara imkan tanımayacağıq. 13-14 yaşlarında olan qızları dağlara apararaq bu heyvanlara peşkəş edənlərin burnundan hər şeyi gətirəcəyik. Heç narahat olmayın. Bu ölkədə terrorla mübarizə aparırıq. Onların arxasında kimlər olur olsun, yenə də başlarını əzmək məcburiyyətindəyik və əzəcəyik".
Müxalifət.az