Türk nazirdən anlamlı çıxış

Baxış sayı:
6778

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli kənd təsərrüfatının əhəmiyyətinə diqqət çəkmək üçün müdafiə sənayesi ilə müqayisə edib. Bir toplantıda çıxış edən nazir Bəkir Pakdemirli kənd təsərrüfatının ölkə iqtisadiyyatında yeri haqqında danışıb. Kənd təsərrüfatının müdafiə sənayesindən daha əhəmiyyətli olduğuna işarə edən nazir Pakdemirli, “Təyyarələr, raketlərin ola bilər, texnologiyanız da çox yüksək ola bilər, amma soyuducu boşdursa, bunların hamısı boşdur. O üzdən soyuducunun mütləq dolu olması lazımdır" deyib. Müxalifət.az