Türk nazirdən ABŞ-a PKK və narkotik təpkisi

Baxış sayı:
196

Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünyada narkotik ticarəti, terror və terrorçulara dəstək verən ölkələr haqda çıxış edib.
 
Çıxışında PKK-ya dəstək verdiyi üçün ABŞ-ı sərt tənqid edən Soylu, Vaşinqtonu narkotiklə mübarizədə və terror təşkilatları ilə münasibətdə səmimi olmadığını vurğulayıb.
2009-ci ildə ABŞ Xəzinə Nazirliyinə bağlı "Xarici Varlıqların Nəzarəti Ofisinin" PKK terror təşkilatının üst səviyyə idarəçiləri olan Murad Qarayılan və iki adamı ən əsas xarici narkotik qaçaqmalçıları elan etdiyini xatırladan Soylu, belə davam edib:
“Eyni ofis, 20 aprel 2011 tarixində Cəmil Bayık, Duran Qalxan və digər bəzi sözdə terror rəhbərlərini xüsusi olaraq müəyyən edilmiş narkotik qaçaqmalçıları elan etmiş, bunlara dair maliyyə tədbirlərinin görüldüyünü bildirmişdir. Bu Amerikada çox universitet var, yəqin ki, çox da ağıllı adam var. Bunlar məgər bizimlə məzələnirlər? Necə bir dövlətsən sən? Bu gün Orta Şərqdə baş verən cinayətlərin səbəbkarı bizik məgər? Bu travma 21-ci əsrin hamısını əhatə edəcək bir travmadır. Bunun bədəlini Amerika da ödəyəcək. Çox dəqiq bir şəkildə deyirəm. Bu travma bütün ölkələri əhatə edəcək bir travmadır. İndi üç dənə terror təşkilatının üzvünü “axtarıram” deyə bütün dünyaya elan edirsən. Kim sizin səmimiyyətinizə inanar? Bundan üç gün əvvəl adamlarınız terror yuvası Qəndildə yenə bazarlıq edirdi terrorçubaşlarla. Ayrılan iki terror qrupunu birləşdirmək üçün səy sərf edirdilər. Sanki ailənin rəisi kimi. Bu qədər açıq bir şəkildə bunu etmək bir ölkəyə yaraşmır.
O ki qaldı narkotik məsələsinə. Narkotik məsələsində Amerika Əfqanıstanı işğal edəndə istehsal 200 ton idi. İndi bu rəqəmi 45 dəfə artırıblar, 9 min tona çıxarıblar.”
Müxalifət.az