Türk nazir Yeni Zelandiya terrorundan danışdı

Baxış sayı:
7855

Bu qətliam islamafobik faşist terrorunu bir daha dünyanın gözləri önündə nümayiş etdirdi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Yeni Zelandiyada baş verən qətliamla bağlı çıxışında deyib.
“Bu qətliam kimlər tərəfindən həyata keçirildi? Qatillər, əxlaqsızlar törətdi. Təəssüf ki, bu olay dünyada İslam müxalifliyini və müsəlmana qarşı düşmən münasibəti bir daha göstərdi”, - deyə nazir bildirib.
Xatırladaq ki, B.Tarrantın Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücumda 49 müsəlman öldürülüb. Ölənlərin artacağı istisna edilmir.