Türk nazir terror yuvası Kandilə az qaldığını dedi

Baxış sayı:
1849

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Kato dağının artıq ay ulduzlu bayrağın hökm sürdüyü, Məhəmməd əzanının beş vaxt oxunduğu bir yer olduğunu söyləyib:
"Bir mesaj vermək istəyirik, artıq bura sizin lojistik dəstək təmin etdiyiniz, terrorçuların təlim aldığı, bütün Türkiyənin birliyinin ortadan qalxması üçün zəhər ifraz etdiyiniz yer deyil. Artıq bura ay ulduzlu bayrağın hökm sürdüyü, Məhəmməd əzanının beş vaxt oxunduğu bir yerdir. Biləsiniz ki, oradan verdiyimiz mesaj açıq və dəqiqdir, bu meydanlardan bunu dəfələrlə söylədik, o zaman bizə lağ etdilər, 'haydı edin görək' dedilər. Biz həmişə 'Bu terror bitəcək, ölkəm hüzur içərisində olacaq' dedik. İndi burada bir şey söyləyirəm, Kato dağından terror yuvası Kandil dağına az məsafə qaldı, az”.
Müxalifət.az