Türk nazir ABŞ-ın terrorla əlaqəsini ifşa etdi

Baxış sayı:
331

Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitində çıxış edib.
 
Çıxışında mühüm açıqlamalar verən nazir Soylu, terrorla mübarizədə qətiyyət mesajı verib.
Dövlətlərin xüsusi xidmət orqanları üzərindən terror təşkilatlarına dəstək verdiyini açıqlayan Süleyman Soylu, bu işdə Amerikanın adını açıq söyləyib.
 
“TERROR TƏŞKİLATLARINA TƏLİM VERİRLƏR".
 
Soylu, "Bəzi dövlətlərin xüsusi xidmət orqanları terror təşkilatlarına təlimçilər göndərir. Silah və pul dəstəyi təmin edir. Bu yöndə strateji tərəfdaşımız olan Amerika Qəndilə xüsusi mütəxəssislər göndərir, silah təlimi verir, mediadan necə istifadə edilmə qaydalarını bütün detallarıyla öyrədir" deməklə, ABŞ-ın terrorla əlaqəsini ortaya qoyub.
Müxalifət.az