Türk mətbuatı Şuşanı belə andı - VİDEO

Baxış sayı:
13285

Bu gün Qarabağın incisi sayılan Şuşanın işğalından 27 il ötür.
Türkiyənin nüfuzlu “Haber Global” kanalı  Şuşanın işğalı ilə bağlı geniş süjet hazırlayıb.
Süjetdə Şuşanın qədimliyindən, Azərbaycan üçün önəmindən söhbət açılıb. Köhnə kadrlar üzərində aparıcı Şuşanın tarixi, yaranması barədə məlumat verir, Azərbaycan üçün mədəniyyət mərkəzi olduğunu diqqətə çatdırır. Bundan əlavə Şuşadan çıxan məşhurlar, musiqiçilər, işğal nəticəsində dağıdılan 600 mədəniyyət abidəsi barədə məlumat verilir./Ölkə.az