Türk millisinin məşqçisindən şok açıqlama: ÇAĞIRDIM, 8 NƏFƏR GƏLMƏDİ

Baxış sayı:
2878

Türkiyənin futbol üzrə Milli Komandasının baş məşqçisi Mirça Lucescu, İsveç matçı öncəsi təşkil olunan mətbuat konfransında diqqət çəkən açıqlama verib.
 
 
TÜRK BAYRAĞI ÜÇÜN GƏLMƏLİSƏN
 
Rumın baş məşqçi, 8 oyunçunun, səbəbini bilmədiyi vəziyyətdən ötrü Milli Futbol Komandasına gəlmək istəmədiyini dilə gətirib və, "Evlilik, əməliyyat, o, bu, deyərək 8 oyunçu gəlmədi. Mən də məcburən bir komanda qurmaq məcburiyyətindəyəm. Bir dəfə məni rədd etsən, gəlməsən, artıq evində qalacaqsan. Milli komanda prestij üçün deyil, imic üçün deyil, müqavilə üçün deyil, Türk bayrağının rənglərini sevmək və ölkəsini sevmək məcburiyyətindəsən. Onun üçün gələcəksən. Ya gələcək, ya gəlməyəcək. Bu cür hesablar mənim çox diqqətimi çəkmir" deyib.
Müxalifət.az