Türk kəşfiyyatından Afrika ölkəsində müdhiş əməliyyat: "FƏTÖ-nün "Pul kassası" qolubağlı Türkiyəyə gətirildi - FOTO

Türkiyə kəşfiyyatı Afrika ölkəsində müdhiş əməliyyat keçirib.
Muxalifət.az xəbər verir ki, MİT-in xüsusi təyinatlı əməkdaşları Sudanda əməliyyat keçirərək, FƏTÖ-nün "pul kassası" kimi tanınan iş adamı Memduh Çıkmazı qoluqandallı Türkiyəyə gətiriblər.
Məlumata görə, Türkiyədən qaçan və müxtəlif ölkələrə sığınan FƏTÖ üzvlərinə qarşı əməliyyatlar həyata keçirən MİT Çıkmazın Sudanda gizləndiyi yeri iki ay öncə müəyyən edib: "Əlverişli məqamda ona qarşı əməiyyat həyata keçirilib. O, Sudanda gizləndiyi evdə həbs edilərək, qolubağlı Türkiyəyə gətirilib"./strateq.az/