Türk kommunist sədrdən Rusiyaya mesaj

Baxış sayı:
21862

Türkiyənin Tunceli bələdiyyəsinin yeni sədri, kommunist Fateh Məhməd Maçoğlu Rusiya Federasiyası Kommunist Partiyasından gələn təbrik mesajını dəyərləndirib.
Muxalifet.az xəbər verir ki, Maçoğlu rusiyalı tərəfdaşlarının ünvanladığı təbriki olduqca önəmli sayıb.
“Rusiyadan gələn təbrik bizi çox şad etdi. Bu, bizim üçün önəmli idi. Dünyanın bir çox nöqtəsindən, kommunist, sosialist partiyalardan, Almaniya Yaşıllar Partiyasından olan dostlarımıza təşəkkürümü bildirirəm. Bu partiyalarla əlaqələr yaratmaqdan məmnun olarıq”, - deyə yeni sədr bildirib.
Qeyd edək ki, 31 martda baş tutan bələdiyyə seçkilərində Tunceli vilayətində Türkiyə Kommunist Partiyasının (TKP) namizədi Fateh Məhməd Maçoğlu 32,37 faiz səslə qalib gəlib.