Türk Kiprinə raketi hansı ölkə atıb? - AÇIQLAMA

Baxış sayı:
10504

Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər Şimal Kipr Türk Respublikasının (KKTC) baş nazirinin müavini və Xarici İşlər naziri Qüdrət Özersay ilə görüşüb.
 
Görüşlə əlaqədar açıqlama verən Özersay, "Hörmətli Baş Qərargah rəisi 'Çaxnaşma yaradacaq bir vəziyyət yoxdur. Bu bir istisnasn vəziyyətidir' dedi" deyə söyləyib.
KKTC-də xidmətdə olan hərbi səlahiyyətlilərlə birgə keçirilən Nazirlər Kabineti yığıncağından sonra açıqlama verən Özersay, "Suriyaya yönəlik dünən axşamkı intensiv hücum qarşısında ortaya çıxan bir vəziyyətdir. Suriyadan atılan qəza nəticəsində ölkəmizə düşdü" deyib.
 
SURİYAYA XƏBƏRDARLIQ
 
Ölkədə çaxnaşma olacaq bir vəziyyətin olmadığına işarə edən Özersay, "Suriya rəhbərliyini də lazımlı tədbirləri görməyə dəvət edirik" deyib.
Baş nazir Ersin Tatar da "Suriyadan atılan raketin qəza nəticəsində bura gəlib. Zəhərli qaz söz mövzusu deyil, xalqımız rahat olsun" deyib.
Müxalifət.az