Türk jurnalist “Vaşinqton Post” redaktorunu susdurdu

Baxış sayı:
8563

ABŞ-ın və dünyanın öndə gələn qəzetlərindən “Vaşinqton Post, ötən günlərdə bir qalmaqala imza ataraq terror təşkilatı PKK-nın terrorbaşlarından olan Cəmil Bayıkın yazısını dərc etmişdi. Türkiyənin “Axşam” qəzeti hadisənin pərdə arxasını araşdırıb və yazının dərc olunmasını təsdiqləyən “Vaşinqton Post” redaktoru ilə əlaqə saxlayıb.
 
“Axşam” qəzeti jurnalistinin "PKK terror təşkilatı üzvünün yazısını dərc etdiyin kimi, əl-Qaidə terror təşkilatı üzvünün yazısını da dərc edə bilərsənmi" sualına cavab verə bilməyən “Vaşinqton Post”-un redaktoru Eli Lopez, terrorçubaşı Cəmil Bayıkı "Public Fiqura", yəni xalq fiquru adlandırıb.
 
QALMAQAL BƏNZƏTMƏ
 
Vəziyyətdən çıxmaq üçün "Biz Ərdoğanın da yazılarını bir iki dəfə dərc etdik" deyərək terrorçu ilə Türkiyə prezidenti Ərdoğanı eyni mövqeyə qoymaqla, bir başqa qalmaqala imza atan Lopez, yazını dərc etmə qərarının arxasında olduğunu bildirib.
Qeyd edək ki, 2010-cu ildə ABŞ-da Ali Məhkəmə terror təşkilatlarının zorakılıq ehtiva etməyən hərəkətləri ilə bağlı belə olsa, iş görmənin onları qanuniləşdirmə mənasını verdiyini ifadə edən bir qərar vermişdi.
Müxalifət.az