Türk jurnalist ABŞ sözçüsünü AĞLATDI

ABŞ xarici işlər nazirliyinin sözçüsü Heze Nauert gündəlik mətbuat konfransında "Daily Sabah Washington" müxbiri Raqib Soylu ilə mübahisə edəndən sonra salonu ağlayaraq tərk edib.
 
"Haberler" xəbər verir ki, "Amerikanın Sesi Washington"un müxbiri Mehmet Sümer "ABŞ xarici işlər nazirliyinin sözçüsü Heze Nauert türk jurnalistlə mübahisədən sonra salonu ağlayaraq tərk etdi" deyib.
Məsələ ilə bağlı "Twitter" hesabından açıqlama verən Raqib Soylu "ABŞ xarici işlər nazirliyinin sözçüsü YPG terror təşkilatı ilə əlaqədar verdiyim suala dövlət-özəl media qurumunda çalışdığımı qeyd edib cavab verdi. Sözcüyə çalışdığım şirkətin özəl olduğunu deyəndə isə media qrupunun dövlət tərəfindən maliyyələşdirildiyini iddia etdi. Nə dəxli var?. Məsələ ilə bağlı qeyd edim: Türkiyədə jurnalistlərin həbs edilməsini heç vaxt dəstəkləməmişəm" fikirlərini yazıb./qaynarinfo.az