“Türk İHA-ları ilə dənizdəki hədəfləri vuracağıq” – Poroşenko

Baxış sayı:
21061

Ukraynanın Türkiyədən son dövrdə təhlükəsizlik əməliyyatlarında fəal olaraq istifadə edilən 6 ədəd Bayraqdar TB2 İHA satın alacağı bildirilmişdi. Ukraynanın dövlət başçısı Pyotr Poroşenko Türkiyədən satın alacaqları Bayraqdar TB2 İHA-larla bağlı açıqlama verib.
 
“DƏNİZDƏKİ HƏDƏFLƏRİN MƏHVİ ÜÇÜN İSTİFADƏ EDİLƏ BİLƏR”
 
Bayraktar TB2-nin gələcək texnoloji xüsusiyyətlərə malik olduğunu deyən Poroşenko, İHA-ların zirehli vasitələri məhv etmək üçün həssas raketlərlə təchiz edildiyini ifadə edib. Poroşenko, həmçinin Bayraqdar TB2 İHA-ların dənizdəki hədəfləri məhv etmək üçün də istifadə edilə biləcəyini açıqlayıb.
 
“NATO STANDARTLARINA UYĞUNDUR”
 
Ukrayna ilə Türkiyə arasında texniki və hərbi əməkdaşlığın genişləndiyini deyən Ukrayna prezidenti Pyotr Poroşenko, iki ölkə arasında münasibətlərin NATO standartlarına uyğun olduğunu ifadə edib.
Müxalifət.az