Türk hərbi ekspertlər Ermənistan torpaqlarını təftiş edəcək!

Baxış sayı:
8038

 Türk hərbi ekspertlərin 1-4 aprel tarixləri arasında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində 2011-də imzalanmış Vyana Sənədi çərçivəsində Ermənistan ərazisində təftiş aparacağı bildirilib.
 
Ermənistan Müdafiə Nazirliyindən dünən edilən açıqlamada, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində 2011-də imzalanmış Vyana Sənədi çərçivəsində Türk hərbi ekspertlərin bu gündən etibarən Ermənistan ərazisində təftiş edəcəkləri qeyd edilib.
Rus mətbuat orqanı “Sputnik”-də yer alan açıqlama mətnində, "Türkiyədən çoxmillətli müfəttişlər qrupu 1-4 aprel arasında 2011 Vyana Sənədi çərçivəsində Ermənistanda qeyd olunan regionlarda təftiş fəaliyyətləri edəcək" ifadələrinə yer verilib.
Qeyd edək ki, 2011-də imzalanmış Vyana Sənədi ATƏT-ə üzv ölkələrin arasında hərbi qüvvələr, müdafiə planlaşdırması və hərbi büdcələr mövzularında geniş məlumat mübadiləsini nəzərdə tutur. ATƏT ölkələri həmçinin müəyyən hərbi fəaliyyətlər haqqında bir-birilərilə məlumat bölüşür, müşahidəçi dəvət edir və təftiş aparırlar.
Müxalifət.az