Türk heyət Vaşinqtonda - GÖRÜŞ BAŞA ÇATDI, NƏTİCƏ...

Baxış sayı:
8242

Türkiyədən ABŞ-a gedən nümayəndə heyəti bu gün Vaşinqtonda ABŞ Dövlət katibinin müavini Con Salivanla görüşəcək.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Agentlik görüşün Bakı vaxtı ilə 19:00-da baş tutacağını bildirib.

Qeyd edək ki, dünən Türkiyədən ABŞ-a ədliyyə, maliyyə və xarici işlər nazirliklərindən təşkil olunmuş nümayəndə heyəti gedib. Heyətə Xarici İşlər nazirinin müavini Sedat Önal rəhbərlik edib. Hələlik qrupun Türkiyəyə nə zaman qayıdacağı bilinmir. Qrupun əsas vəzifəsinin ABŞ-la yaranan gərginliyi ortadan qaldırmaq olduğu vurğulanıb.

***

Ötən gün Vaşinqtona gedən türkiyəkli nümayəndə heyəti Vaşinqtonda amerikalı rəsmilərlə görüş keçirib.

Muxalifet.az xəbər verir ki, görüş təxminən 1 saat davam edib.

Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Dövlət katibinin müavini Con Salivan tərəfindən qəbul edilib.