“Türk Hava Yolları”nın təyyarələri də Bakıya uçacaq? – AZAL-dan AÇIQLAMA

Baxış sayı:
1357

Xəbər verildiyi kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

Belə ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bu reyslər davamlı olacaq? “Türk Hava Yolları” da yaxın tarixlərdə Bakıya uçuş həyata keçirəcək?

Cebhe.info-ya açıqlamasında AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski suallarımızı cavablandırıb:

“17-18 iyunda həyata keçiriləcək uçuşlar xüsusi reyslərdir. Hazırda yalnız bu iki reys olacaq, başqası nəzərdə tutulmur. O ki qaldı adi reyslərə, hələ heç bir şey dəyişməyib. Qaldı bizim reyslərlə bərabər “Türk Hava Yolları”na aid təyyarələrin də Bakıya uçub-uçmaycağına, bu haqda danışa bilmirəm. Çünki mən AZAL-ın nümayəndəsiyəm, onu bilə bilmərəm. Ancaq hazırda AZAL-dan yalnız iki reysin olacağını bilirəm”.