Türk hakerlərdən İSRAİLƏ BÖYÜK ZƏRBƏ

Baxış sayı:
7663

Qəzzadakı qətliamdan sonra hərəkətə keçən Ayyıldız komandası Sionist İsrailin Dəmir Qübbə Müdafiə Sistemini hədəf alıb. İsrail tərəfindən Qəzzada onlarla Fələstinli Müsəlmanın şəhid edilməsindən sonra hərəkətə keçən Türk haker qrupu Ayyıldız komandası, Sionist İsrailin Dəmir Qübbə Müdafiə Sistemini hədəf alıb. NETANYAHUNUN GİZLİ KASSASININ HESABI ƏLƏ KEÇİRİLDİ İsrailin baş naziri Netanyahunun sağ qolu və gizli kassası Dore Qoldin hesabını ələ keçirən Ayyıldız qrupu, İsrailin Android və Apple IOS Yüksək Səviyyəli İnkişaf Etdirici Fırmasını hakləyib. KƏND TƏSƏRRÜFATI VƏ İNKİŞAF NAZİRLİYİ İLƏ 3 TV KANALI HACKLƏNDİ Ayyıldız Qrupu, İsrailin Kənd Təsərrüfatı və İnkişaf Nazirliyi ilə İsraildə yayımlanan makom.tv, perek.tv, ba-li-perek.co, ba-li.online TV şirkətlərinin internet saytlarını də hackləyib. Qeyd edək ki, Ayyıldız Qrupu adlı haker qrupu, ötən il 137 İsrail internet saytını hackləmişti. 2014-də DƏMİR GÜNBƏZ HACKLƏNMİŞTİ Ayyıldız Qrupu, mövcud sistem və təhlükəsizlik divarlarının keçilməsi çətin olan İsrailin Dəmir Qübbə Müdafiə Sistemini 2014-ci ildə də hakcləmişdi. Müxalifət.az