Türk generallar sərhədə gəldi: Döyüşə birbaşa nəzarət edirlər / VİDEO

Baxış sayı:
2422

Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

Axar.az xəbər verir ki, Akarı Quru Qoşunları və Hərbi Hava Qüvvələri komandanları müşayiət ediblər.

Generallar Hatay şəhərində İdlibdəki əməliyyatların idarəetmə mərkəzindən Əsəd qüvvələrinə qarşı əməliyyatı idarə edirlər.

Türk generalların Hataya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçirdiyi kritik iclasdan sonra yola düşdükləri bildirilib.

Qeyd edək ki, bundan öncə Əsəd rejimi Rusiyanın dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirib. Nəticədə 33 türk əsgəri şəhid olub.