Türk generaldan ABŞ-a tələb: PKK terrorçuları dərhal bölgədən çıxarılmalıdır!

Baxış sayı:
4891

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın baş qərargah rəisi ordu generalı Cozef Dunfordu qəbul edib.
 
 Görüşdə Türkiyənin baş qərargah rəisi ordu generalı Gülər də iştirak edib. Akar tərəfindən, "Münbiç Yol Xəritəsini sürətlə başa çatdıraraq terror təşkilatı PKK/YPG-nin dərhal regiondan çıxarılması lazım olduğu" vurğulanıb.
Görüşdə, Akar tərəfindən "Türkiyənin sərhədlərinin təhlükəsizliyi və bölgənin sabitliyi üçün lazım olan hər cür tədbiri almaqda qərarlı olduğu" bildirilib.
Qəbulda Suriyanın şimalındakı proseslər, ABŞ-ın bölgədən çəkilməsi, terror təşkilatı PKK/YPG-yə verilən silahların geri alınması və İŞİD, o cümlədən terror təşkilatlarıyla mübarizə mövzularında fikir mübadiləsi aparıldığı bildirilb.
Müxalifət.az