Türk futbolçu üçün İNANILMAZ TƏKLİF

Baxış sayı:
877

İngiltərənin “Mançester Siti” klubu, türk futbolçu Çağlar Söyüncünü heyətinə qatmaq üçün hərəkətə keçib.
Muxalifet.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Türkiyə Millisi və İngiltərənin “Lester Siti” klubunun futbolçusu Çağlar Söyüncünün yanvar ayında transfer edilməsi üçün təlimat verib.
İngiltərə mətbuatı “Lester Siti”nin 80 milyon avro təklif qarşılığında Çağlar Söyüncünü mövsüm fasiləsində göndərə biləcəyini yazıb.
Qeyd edək ki, Çağlar Söyüncü “Mançester Siti”yə transfer olacağı təqdirdə ən bahalı türk futbolçu kimi tarixə düşəcək.