Türk futbolçu Əmrə Belözoğludan şok: FETO-ya 2 milyon verib

Baxış sayı:
8581

 Əmrə Belözoğlu haqqında aparılan istintaq ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
 
 Belözoğlu ilə bağlı ifadə verən gizli şahid məşhur futbolçunun “Bank Asiya”-ya Fətullah Gülənin göstərişindən sonra hissə-hissə 2 milyon lirə FETÖ-nun hesabına köçürdüyünü bildirib. Gizli şahid Mərt ifadəsində, Belözoğlunun 2 milyon TL-ni öz əli ilə başqa bir şəxsə verdiyini, bu məlumatı 2017-ci ildə həbs olunan Əhməd Musab K. adlı təşkilat üzvündən eşitdiyini prokurorluğa bildirib.
Prokurorluq Əmrə Belözoğlunun iddia edilən 2 milyon lirəni o dövrdə başqa adlar üzərindən “Bank Asiya”-ya köçürüb köçürmədiyini araşdırır.
Müxalifət.az