Türk dövlətindən möhtəşəm layihə...

Baxış sayı:
1954

Özbəkistan paytaxtında “Taşkent-siti” (“Şəhər içində şəhər”) Beynəlxalq İşgüzar Mərkəz (BİM) tikilir.
Azərtac  xəbər verir ki, bununla bağlı keçirilən təqdimatda şəhərin mərkəzində salınan “Taşkent-siti”nin 80 hektar sahəni əhatə etdiyi qeyd olunub.
Bildirilib ki, işgüzar mərkəzin tikintisi üçün Özbəkistan hökumətinin üzvlərindən və dövlət orqanlarının nümayəndələrindən ibarət 17 nəfərlik İnzibati Şura yaradılıb.
Mərkəzdə beşulduzlu mehmanxanalar, restoranlar, işgüzar və ticarət mərkəzləri, elit yaşayış kompleksləri, böyük park olacaq.
“Taşkent-siti”nin layihəsini Böyük Britaniya, Türkiyə, Sinqapur və digər ölkələrin məşhur şirkətləri layihələndirib.
Diqqətə çatdırılıb ki, dünyanın 12 şirkəti bu nəhəng layihənin həyata keçirilməsinə sərmayə qoyub.
Tikinti işlərində 6 mindən çox insan çalışır ki, onların 200-ü mühəndis-texniki heyətə aiddir.