Türk deputatlar BAKI ƏLEYHİNƏ SƏS VERDİ

Türk deputatlar AŞPA-da Azərbaycanın əleyhinə qəbul edilən qətnaməyə səs verib. 
Muxalifət.az AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamənin qəbul olunmasının lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də var. 
Xatırladaq ki, həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilmişdi.