Türk bayrağını PKK-lılara VERMƏYƏN QADIN

Baxış sayı:
7309

İngiltərədə PKK-lı terrorçular Türk bayrağı daşıyan bir qadının əlindən bayrağı almaq istəyib, amma qadın ay ulduzlu bayrağı terror təşkilatı tərəfdarlarına verməyib.
 
İngiltərədə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı görmək istəyən Türkiyə vətəndaşları, Türk bayraqları ilə küçələrə çıxıb. Ölkədə yaşayan terror təşkilatı tərəfdarları da etiraz üçün bölgəyə gedib.
Bu zaman əllərində Türk bayrağı olan hər kəsə hücum etməyə cəhd edən PKK tərəfdarları, İngilz polisi tərəfindən əngəllənib.
 
TÜRK BAYRAĞINI YERƏ ATACAQDI.
 
Polis əngəlini keçərək bir qadının üzərinə hücum edən PKK-lı alçaqlar, Türk bayrağını qadının əlindən alaraq yerə atmaq istəyib.
Yerimə problemi olan qadın, PKK-lı hecumuna qarşı dirəniş göstərib, Türk bayraqlarının yerə atılmasına icazə verməyib.
 Müxalifət.az