“Türk Axını”nda tarixi gün

Baxış sayı:
190

Dünyanın ən böyük enerji layihələrindən biri olan “Türk Axını” qaz boru xəttinin dənizdəki tikintisi başa çatıb. Türkiyənin prezidenti Ərdoğan və Rusiya prezidenti Putin tarixi layihə üçün bu gün İstanbulda bir araya gəlir. “Türk Axını”nın dəniz mərhələsi Qara dənizin dibində bir-birinə paralel uzanan 930 km uzunluqda iki boru kəmərindən ibarətdir. 2019-ci ilin sonunda Rusiyadan Türkiyəyə təbii qaz axmağa başlayacaq. Layihəyə görə, illik 31,5 milyard kubmetr qaz daşınacaq. “Türk Axını” vasitəsilə illik ötürüləcək 31,5 milyard kubmetr təbii qazın yarısı Türkiyədə istifadə edilərkən, digər yarısı Avropaya ötürüləcək.
Müxalifət.az