Türk Axını Putin və Ərdoğanın iştirakıyla rəsmi mərasimlə açılacaq

Baxış sayı:
3637

Rusiyada Anapa sahilindən başlayıb Türkiyədə Kıyıköydə quruya çıxan Türk Axını Təbii qaz Boru Xətti ticari istismara hazırdır, 8 yanvarda prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə İstanbulda rəsmi mərasimdə açılacaq.
Qaz axını rəsmi olaraq işə düşəcək. Türk Axını kəməri Rusiyadan gələn qazı Türkiyə və Avropa bazarlarına çıxaracaq.
Boru xətti, 31,5 bcm tədarük tutumuyla, Türkiyə və Avropanın enerji təminatı üçün açar həll variantlarından biri olacaq. Türk Axını dəniz xəttinin bu günə qədər 2200 metr dərinliyində qurulan ən böyük qaz kəməri sistemi olduğu bildirilir. Kəmərin ümumi tutumu 31,5 milyard kubmetrdir. Bunun 15.75 milyard kubmetri Türkiyəyə ayrılıb.
Muxalifet.az