​“TÜRK AXINI” İŞƏ DÜŞDÜ - “Qazprom” kəmərin birinci hissəsini qazla doldurmağa başlayıb

Baxış sayı:
305

Muxalifet.az “Reuters”-ə istinadla xəbər verir ki, “Qazprom”  "Türk axını”nın birinci hissəsini qazla doldurmağa başlayıb.
“South Stream Transport B.V.” qaz kəmərinin operator şirkətinin məlumatında bildirilir ki, “Türk axını”nın birinci xətti Türkiyənin daxili bazarını, ikinci xətti isə Avropa Birliyi ölkələrini qazla təmin etmək üçün nəzərdə tutulub.
"İkinci xəttin doldurulmasına birinci xəttin tam doldurulması başa çatandan sonra start veriləcək", - məlumatda deyilir.
Qaz kəmərinin kommersiya istismarı 20019-cu ilin sonunadək başlayacaq. Hazırda Türkiyədə qəbul terminalında tikinti işləri yekun mərhələsindədir. Türkiyənin “Botaş” qaz nəqli şəbəkəsinin operatoru Türkiyənin axını və qaz nəqli şəbəkəsini birləşdirmək üçün paralel olaraq birinci quru sahəsinin tikintisi üzrə tədbirlər kompleksini həyata keçirir.
“Qazprom” və “Botaş” Birgə Müəssisəsi Avropa ölkələrinə qazın verilməsi üçün ikinci, tranzit, quru yollarının yaradılması işlərini  həyata keçirir.
 
Muxalifet.az