​Turizm sahəsində önəmli YENİLİK

Baxış sayı:
4606

Ekoturizmin inkişaf etdirilməsi üçün proqram hazırlanır.
Muxalifət.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə nazirlikdə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proqramla bağlı Milli Turizm Agentliyi ilə görüşlər olacaq:
"Təkliflər veriləcək. Turistlərin ilkin ehtiyacını təmin etmək üçün şərait var. Onların gəzdirilməsi üçün marşurutlar, bələdçilər, piknik yerləri var. Milli parklarda marşuturlar rəngarəng olmasına çalışacağıq".
Hikmət Əlizadə qeyd edib ki, ekoturizmin inkişaf etdirilməsi üçün hazırlanan proqramda milli parkların ərazisində yerləşən çay kənarında gəzintilər və quşları izləmə barədə yeniliklər olacaq".