​Turistləri daşıyan avtobus aşıb: 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyənin Antalya əyalətinin Manavgat rayonunda içərsində turistlər olan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
“Haberturk” xəbər verir ki, yaralananlardan bir uşaqdır.
Sürücünün kimliyi hələ ki, məlum deyil.
Mikroavtobus avtomobil yolunun ortasındakı ayrıcı hissədə əkilən palma ağacına çarpılaraq, aşıb.