Turan-a qarşı cinayət araşdırması siyasi motivlidir - hüquq müdafiəçisi

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Turan İnformasiya Agentliyinə qarşı vergi ödənişindən yayınma ittihamı ilə cinayət araşdırmasını qətiyyətlə pisləyib.
 
Hüquq müdafiə qurumu bunu qərəzli və siyasi motivli addım kimi qiymətləndirir.
"Turan agentliyi fəaliyyət göstərdiyi uzun illər ərzində bütün fəaliyyəti qanuna hörmətə, faktların qərəzsiz işıqlandırılmasına əsaslanmış yüksək peşəkarlıq səviyyəsinə malik nəşr kimi özünü sübut edib", deyə Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.
Bununla belə, hüquq müdafiəçisi qeyd edib ki, vergi ödənişindən yayınma ittihamı ilə cinayət işlərindən bir çox müstəqil KİV-ləri qarşı təzyiq və təqib aləti kimi istifadə olunur: onların hesabları dondurulur, ictimai birlik rəhbərlərinin xaricə səfərinə qadağalar tətbiq edilir və hətta bəziləri həbs edilir.
"Hesab edirik ki, Turan-a qarşı atılan addımlar siyasi motivlidir. Son vaxtlar Azərbaycanda, demək olar ki, bütün müstəqil saytlar bağlanıb, sonuncu müxalifət qəzetinin buraxılışı dayandırılıb.
Biz, keçmiş siyasi məhbuslar hakimiyyət nümayəndələrinə müraciət edirik və bütünlükdə mətbuat azadlığına və xüsusən Turan agentliyinə qarşı təzyiqə etirazımızı bildiririk və bu təzyiqə son qoymağa çağırırıq", deyə sonda bildirilir.
Siyasi Məhbusları Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən təsis edilib.