Turalın verilişi bağlandı, "Lider"dən getdi

Baxış sayı:
4304

Aparıcı Tural Ozan "Lider” televiziyasından ayrılıb.
Muxalifet.az axsam.az-a istinadən xəbər verir ki, aparıcı "Az xərclə” verilişinin yayımını dayandırıb. Tural yeni təklifləri müzakirə edə biləcəyini deyib:
“Lider TV-də yayımlanan proqramımı çöl çəkilişilərindən ibarət olduğu üçün həm hava şəraiti, həm də uğurlu layihə hazırlamaq səbəbindən dayandırmışam. Hazırda maraqlı və səviyyəli televiziya layihələri üçün başqa kanallar və prodakşnlarla nələrisə müzakirə edə bilərəm. Təkliflərə açığam. 2018-ə böyük nələrləsə başlamaq lazımdır”.
Xatırladaq ki, Tural əvvəllər Speys TV-da maqazin verilişlərinin aparıcısı olub. Aparıcı ötən ilin oktyabrında Lider TV-yə keçib.