Tünzalə Laçın bölgəsini təhqir edib? – Açıqlama

Baxış sayı:
13718

Əməkdar artist Tünzalə Ağayeva həmkarı İradə İbrahimova ilə birlikdə çəkilən arxiv fotosunu paylaşıb. 

Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, ifaçı fotoya “Laçın vaxtlarımız" şərhini yazıb. Onun bu ifadəsini izləyiciləri birmənalı qarşılamayıb. Onlar bildiriblər ki, Ağayeva Laçın bölgəsini təhqir edib. 

Müğənni isə instaqramın "Story" bölməsində izləyicilərinə "Laçın" sözünün mənasını göstərmək üçün izahlı lüğətin fotosunu paylaşıb. 

O, "Öyrənməkdə eyib yoxdur, həmişə fayda var" sözlərini də əlavə edib.